Bu yay "Zirə"dən ayrılacaq daha bir legionerin kimliyinə aydınlıq gəlib.

Qəsəbə klubu monteneqrolu qapıçı Boyan Zaqoviçdən sonra onun həmyerlisi Miloş Bakraçın kontraktını uzatmamağı lazım bilib. Ötən ilin iyulunda "OFK Titoqrad"la vidalaşan mərkəz müdafiəçisi "Zirə" ilə 1 illik müqavilə bağlayıb. Bakraç daha əvvəl “Syon” (İsveçrə), “Budunçost” (Monteneqro), “Travnik” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro) və “Jelejezniçar”ın (Bosniya və Herseqovina) formasını geyinib.